Regionda belə bir ordu yoxdur. Rusiya mütəxəssisi ER Silahlı Qüvvələri haqqında
Hərbi mütəxəssis İvan Konorakov Ermənistan və Azərbaycanın orduları arasında pararellər apardı. Bu haqda “rusarminfor.ru” xəbər verir.
“Azərbaycan ordusu çox paraya, hərbi texnikaya, çox sayda əsgərlər və zabitlərə malikdir.Lakın Lakin yuxarıda göstərilənləri silahlı qüvvələrə yönəldən yeganə istiqamətə malik deyillər. Ermənsitan Silahlı Qüvvələri Sovyet ordusunun bütün yaxşılığı aldılar və bunlara erməni rəngini əlavə etdilər. Regionda belə ikincisi ordu yoxdur”- deyə Konovalov qeyd etdi.
Hərbi mütəxəssisin sözlərinə görə, bölgənin digər ölkələrinin silahlı qüvvələrinə nisbətən daha az resursa mmalik olan Ermənistan ordusunda daha çox şey edilir.
“Silah baxımından Ermənistan və Azərbaycan silahlı qüvvələrinin arasında bəzi balans mövuddur. Eyni zamanda, Bakının müasirləşdirmə sistemlərinin əldə edilməsi üçün daha çox imkanları var. Suvorov dediyi kimi, rəqəmlərlə deyil, bacarıqlarla fəaliyyət göstərmək lazımdır”.
İvan Konovalov qeyd etdi ki, böyük maliyyə imkanları həmişə təsirli silahlı qüvvələrə yol açmır.
“Çox pul, çox sayda texnika və əsgər- bu həmişə ordu adlanmır. Ermənistanda Ordu ilk növbədə bir bütövlük kimi qurulub, çünki başqa yol olmadı”- deyə hərbi ekspert qeyd etdi.