BaşlıcaErməni Soyqırımı

Makron soyqırım qurbanlarının anma gününü Fransa təqviminə daxil etmək haqqında

Fransa Prezidenti Emanuel Makron yanvarın 30-da Fransadakı erməni təşkilatlarının koordinasiya şurası (CCAF) tərəfindən təşkil edilən illik nahara “Unutma məni” çiçəyi ilə gələrək çıxış edib.

Makron keçən il aprelin 24-də Komitasın abidəsi yanında soyqırım qurbanlarının anma mərasimi barədə danışdı. Mərasimdə o da iştirak edirdi. O, Komitasın son sözlərini xatırlatdı: “Uşaqlara diqqət edin”.

Makron qeyd edib ki, 1915-ci il aprelin 24-də törədilmiş Erməni Soyqırımı 20-ci əsrin ilk soyqırımı idi və bunu heç vaxt unutmamalıyıq. Makron Misak Manuşyanın, Şarl Aznavurun “Miqrantlar” mahnısı, Anri Verno və onun “Ana” filminin əhəmiyyəti barədə də danışdı.

“Onlar Fransanın qızları və övladlarıdır. Biz Fransanın sürqün edilmiş insanlar üçün nə ilham olduğunu anladıq, Biz onların Fransiaya nə güc gətirəcəklərini anladıq”,-deyə makron qeyd edib.

Makron vurğulayıb ki, soyqırım qurbanlarının anma günü aprelin 24-ü Fransa təqviminə daxil olunacaq. Makron bunu hələ prezident namizədi olarkən söz etmişdi və indi də öz qərarını təsdiq edib.

Makron həmçinin soyqırımın inkarını cəzalandırma barədə danışdı və qeyd etdi ki, parlament gələcək aylarda yenə bu məsələyə toxunacaq.

Daha çox göstər
Back to top button