Serj Sargsyan: “ER Silahlı Qüvvələrinin mondernizasiya proqramı bütün digər proqramlarından fərqlənir”
Ermənistan Respublikasının Prezidenti, Milli Təhlükəsizlik Şürasının sədri Serj Sargsyan bu gün Milli Təhlükəsizlik Şurası iclasını keçirib.İclas çərçivəsində 2018-2024-cü illərdə Ermənistan Respublikasının Silahlı Qüvvələrinin modernləşdirilmiş proqramının layihəsi və konstitusiya islahatlarının hüquqi prosesi müzakirə olunub. Bu haqda ER Prezident Administrasiyasından məlumat verilib.
Ermənistan Respublikasının Prezidenti Müdafiə Nazirliyinin layihəsi üzrə yanaşmaları və qiymətləndirmələri qeyd etdi. Uzunmüddətli inkişaf planı üzrə tapşırığın bölgədə yeni çağırışların ortaya çıxması ilə şərtləndirildiyiniqeyd edən Prezident vurğulayıb ki, hep layihələr vardı, lakin əvvəlki və indiki layihənin fərqi ondandır ki, bu proqramlar qısa müddətliydi. Bu proqram bir çox proqramlardan fərqlidir, çünki bu, hədəflənmiş bir proqramdır. Bu proqramda müyyən edilmiş t tarxlər, keyfiyyət və maliyyə göstəriciləri var. Mən hesab edirəm ki, yaxşı hazırlanmış proqram var, hədəflər var, göstəricilər var və ən əhəmiyyətlisi maliyyə hesablamaları var”- deyə ER Prezidenti Serj Sargsyan qeyd etdi.
Təhlükəsizlik Şurası müzakirələr nəticəsində təklif olunan yanaşmaları təsdiqlədi. Eləcə də Hökumətə bunların işlənməsini və Prezidentə təqdim etməyi tapşırıb.
Ədliyyə naziri Davit Harutyunyan konsitusiya islahatlar üzrə keçirilən qanuni prosesləri təqdim etdi.
İclasda konsitusiya islahatlarının hüquqi prosesindən əldə olunan nəticələr təsdiq olunub. Hökumətə bu proseslərin davam etdirilməsini və prosesin məntiqi tamamlanmasını təmin etməyi tapşırılıb.