BaşlıcaSiyasət

Serj Sarkisyan:”Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli Ermənistanın xarici siyasətində önəmli yer tutur”

Ermənistan Respublikasının Xarici İşlər nazirliyində keçirilən görüşdə Prezident Serj Sarkisyan xarici siyasət gündəliyində mühüm yer tutan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqlar prosesinə toxundu.
“Biz heç vaxt beynəlxalq və regional problemlərin bizdə olan payımızı digər insanların çiyinlərində qoymaq üçün cəhd etməmişik.Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması bizim xarici siyasətimizin gündəliyində olub və qalacaqdır. Əlbəttə ki, biz yayınmadan ATƏT-in Minsk qrupu formatında münaqişənin sülh yolu ilə həlli istiqamətində səyləri dəstəkləməyə davam edəcəyik. Nizamlanma prosessesində son on il ərzində görülən ardıcıl işlər, bizim mövqelərimiz qatlarla möhkəmlənmişdir “-deyə Prezident Serj Sarkisyan qeyd edib. O, qeyd edib ki, Ermənistan öz müqəddəratını təyin etmək hüququnu münaqişənin həllinin əsas prinsipi olaraq təstiqləyibdir.

Daha çox göstər
Back to top button