Ekonomika

Azərbaycanda 10 bank ili zərərlə başa vurub

31 Yanvar 2018-ci il tarixinədək Azərbaycanın 30 bankının hamısı 2017-ci ilin yekunu üzrə maliyyə göstəricilərini açıqlayıb. Bu barədə “Azadliq.info” saytı məlumat yayıb.

“Marja”nın araşdırmasına görə, 2017-ci ili 30 bankdan 20-si xalis mənfəət, 10-u isə xalis zərər ilə başa vurub.

Ən çox mənfəət əldə edən bank Azərbaycan Beynəlxalq Bankıdır. Özəl banklar arasında isə “Kapital Bank”, “PAŞA Bank” və “Xalq Bank” ən çox xalis mənfəət əldə etmiş banklardır.

Qeyd edək ki, 2016-cı illə müqayisədə ötən il zərər edən bankların sayı azalıb. Ötən ili zərər ilə bağlamış bankların bir çoxunun 2018-ci ili mənfəətlə başa vuracağı gözlənilir. Zərərdə olan banklardan bir neçəsi (“AccessBank”, “Bank Respublika”, “Bank of Baku”) kapitalın artırılacağını bəyan edərək 2018-ci ilə olduqca pozitiv yanaşdıqlarını bəyan ediblər.

Daha çox göstər
Back to top button