Siyasət

Azərbaycan hakimiyyətləri YAP-çı gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırıb

Yeni Azərbaycan Partiyasının icra katibi – sədr müavini, baş nazirin müavini Əli Əhmədov YAP-çı gəncləri sosial şəbəkələrdə fəal olmağa çağırıb:

“Cəmiyyət qaçılmaz surətdə yeni texnologiyalardan asılı vəziyyətə düşüb. Ona görə də gənclər ictimai, sosial mesajların çatdırılmasında sosial şəbəkələrdən istifadə etməlidir. Gənclər onsuz da vaxtlarını sosial şəbəkələrdə keçirirlər. Ona görə də sosial şəbəkələrin imkanlarından səmərəli istifadə edilməlidir. Biz gənclərimizin sosial şəbəkələrdə fəallığının yüksək olmasını arzulayırıq”.

Xatırlataq ki, bu ilin oktyabr ayında Azərbaycanda prezident seçkiləri keçiriləcək. Yeni Azərbaycan Partiyası növbəti dəfə prezident İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürəcək.

Daha çox göstər
Back to top button