Siyasət

İlham Əliyev yenə prezidentliyə namizəd oldu

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) prezidentliyə namizədi lham Əliyev olacaq.

Bunu YAP-ın icra katibi, baş nazirin müavini Əli Əhmədov jurnalistlərə açıqlamasında bildirib.

Azərbaycanda prezident seçkisi oktyabrın 17-də keçiriləcək. Bu, İlham Əliyevin namizəd kimi qatıldığı 4-cü seçki olacaq.

Gələcəyə 10 addım

Neftlə zəngin ölkəni atası Heydər Əliyevdən qəbul edən İlham Əliyevin adı daha çox ailəsinin qazandığı bizneslə, avtoritarlığı və qurmağa çalışdığı diktatura rejimi ilə hallanıb.

İlham Əliyev sonuncu seçkidə – 2013-cü ildə seçki platformasını açıqlayarkən “gələcəyə 10 addım” adı altında görüləcək işləri sadalamışdı.

Təhlillər göstərir ki, ötən 5 il ərzində Azərbaycan istər iqtisadi, istər də insan haqları baxımından geriyə gedib:

Rəsmi məlumatlarda da bildirilir ki, təkcə 2004-2013-cü illərdə regionların sosial-iqtisadi inkişafı məqsədilə bütün mənbələrdən 50 milyard 700 milyon manat vəsait sərf edilib (həmin dövr üçün təxminən 60 milyard dollara yaxın). 2014-cü ildə əlavə olaraq, 4,5, 2015-ci ildə 3,6, 2016-ci ildə isə 4 milyard manat vəsait ayrılıb. İqtisadçı Qubad İbadoğlu deyir ki, bu, kifayət qədər böyük vəsaitdir. Buna baxmayaraq, bölgələrdə nəinki inkişaf gedib, işsizlik, yoxsulluq yüksək həddədir:

“62,8 milyard manat vəsait nə deməkdir? 66 rayonun hər birinə orta hesabla təxminən 1 milyard vəsaitdir. 1 milyard 13 il ərzində bir rayonun nəinki inkişafı, hətta onun çiçəklənməsi, şəhərə çevrilməsi üçün kifayət idi. Xərclənən vəsaitlərin hesabına ən çox qazanan dövlət büdcəsi olmalı idi. Ancaq 2018-ci ilin büdcəsində yerli gəlirlər 3,23 faizdir. 2018-ci ilin dövlət büdcəsinə yerli vergilər hesabına 650 milyon manat daxil olması proqnozlaşdırılır. Bu pul 62,8 milyard manat vəsaitin 1,3 faizidir. Təsəvvür edin, biz 62 milyard vəsait qoyduq, ancaq bu gün həmin vəsaitin cəmi 1 faizi vergi şəklində geri dönüb”.

Ölkədəki vəziyyət pisliyə doğru dəyişsə də, Əliyevlərin biznesinin “inkişafı” dünya mətbuatının gündəmindən düşməyib.

Korrupsiyaya və Mütəşəkkil Cinayətkarlığa qarşı Jurnalistika Layihəsi​nin yeni araşdırmasına görə Azərbaycan prezidenti İlham Əliyevin qızları Leyla və Arzu Əliyevalar və onların dayısı oğlanları Mircəlal və Mircamal Paşayevlər Londonda milyonlarla dollarlıq mülklərin sahibidirlər.

Yoxsulluq və işsizlik

“Gələcəyə 10 addım”dan 2-cisi: “Yoxsulluq və işsizlik aradan qaldırılacaq, əhalinin sosial müdafiə sistemi ən qabaqçıl standartlara uyğunlaşdırılacaq”.

Bu vəd də özünü doğrultmadı. 2015-ci ildə baş verən 2 devalvasiya nəticəsində minlərlə insan iş yerini itirdi, əhali yoxsulluq və işsizlikdən əziyyət çəkməyə başladı.

İqtisadiyyat Nazirliyinin 1 sentyabr, 2017-ci ilə olan statistikasında deyilir ki, işsizlik status ilə qeydiyyata alınmış insanların sayı cəmi 36.300-dür.

Dövlət Statistika Komitəsinin 2017-ci ilin dekabrına olan məlumatına görə isə 17.600 insan işsizlik statusu alıb, onların yalnız 2.500-ü müavinət ala bilir.

Araşdırmalar isə göstərir ki, xalq devalvasiyadan itirsə də, Əliyevlər bundan da qazanc götürüb.

Daha çox göstər
Back to top button