Təhlil

ABŞ diplomatı: “İlham Əliyev gerçək rəqibi Əli Kərimliyə təzyiqlərə ara vermir”

Obama Administrasiyası zamanı ABŞ Dövlət katibinin müavini (2010-2015) və USAID-in köməkçisi (2015-2017) işlәyәn və hazırda ABŞ-ın Corc W. Buş İnstitutunda və Xarici Siyasətdə Araşdırma İnstitutunda fәaliyyәt göstәrәn Tomas O. Melia “the-amerikan-interest.com” saytına 2018-ci ildә seçki keçirilәcәk ölkәlәrdәki vәziyyәtlә bağlı yazdığı mәqalәni təqdim edir. Mәqalәdә Misir, Rusiya, Venesuela, Kamboca, Azәrbaycan, Ruanda kimi ölkәlәrdәki real vәziyyәtә toxunulub. Bu barədə “Azadliq.info” saytı məlumat yayıb.

Son iki yüz illik seçki tarixində müxtəlif üsullardan istifadə edildiyini xatırladan diplomat bu il də bəzi ölkələrdə keçiriləcək seçkilərdə demokratik idarəçilik təəssüratı yaratmaq istəyən avtoritar liderlərin yeni vasitələrə əl atacağını qeyd edib.

Amerikalı diplomat bu ilin oktyabr ayında Azərbaycanda keçiriləcək prezident seçkilərinə toxunub:“17 Oktyabrda Azərbaycanda prezident seçkilərinə bənzəyən nəsə keçiriləcək. Əgər tarix nəyisə öyrədirsə, ovuclarını Azərbaycan Dövlət Neft Şirkətinin səxavətində qızdıran bir dəstə çirkli Avropa siyasətçisi bu seçkilərin legitimliyini tərif edəcəklər. Lakin əgər Xalq Cəbhəsi Partiyasının lideri Əli Kərimli kimi gerçək müxalif siyasətçilər ölkənin mediasından təcrid edilir və dəfələrlə səsvermədən kənarda saxlanılırsa bu seçkilərdə, ümumiyyətlə, heç bir real mübarizədən danışmağa dəyməz”.

Daha çox göstər
Back to top button