Ekonomika

Azərbaycan “İqtisadi Azadlıq İndeksi”ndə Gürcüstandan 51 pillə geridədir

Azərbaycan, ABŞ-ın “The Heritage Foundation” Fondunun ənənəvi hazırladığı illik hesabatın iqtisadi azadlıq indeksində 67-ci yerdə qərarlaşıb.
İlk yerdə 24-cü dəfə Honq-Konq qərarlaşıb. Bu ölkə 100 mümkün baldan 90,2-ni toplayıb. Bu barədə “Azadliq.info” saytı məlumat yayıb.

İkinci yeri 88,8 balla Sinqapur, üçüncü yeri isə 84,2 balla Yeni Zelandiya tutub. 80 baldan çox toplamış digər 3 ölkə İsveçrə, Avstraliya və İrlandiyadır. İlk 10-luqda həmçinin Estoniya, Böyük Britaniya, Kanada və ABŞ yer alıb.

Sənəd müəllifləri iqtisadi azadlığın təkcə gəlirlərə deyil, həm də insanların həyat tərzinə – rifahına, sağlamlığına, təhsilinə, yeniliklərə, sosial inkişafa, dövlət idarəçiliyinə, ətraf mühitə müsbət təsir göstərdiyini deyiblər.

Azərbaycan 100 ballıq qiymətləndirmə cədvəlində 64,3 bal toplayib. Bu da, ötən illə müqayisədə 0,7 bal çoxdur. Müqayisə üçün deyək ki, Gürcüstan 16-cı (76,2 bal) , Türkiyə 58-ci (65,4 bal), Rusiya 107-ci (58,2 bal), İran 156-cı (50,9 bal) yeri tutub.

Daha çox göstər
Back to top button