Ermənistan-Belarusiya iqtisadi əlaqələrin gündəm məsələləri müzakirə olunub
Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində ER Baş naziri Karen Karapetyan bu gün Almatıda Belarus Respublikasının Baş naziri Andrey Kobyakovla görüşüb.
Nazirlər Ermənistan-Belarusiya iqtisadi əlaqələrin gündəmini və əməkdaşlığın inkişaf prespektivlərini müzakirə ediblər.
ER Baş naziri məmnunluqla qeyd edib ki, keçən ilin ilk 11 yalarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə iki ölkə arasında mall dövriyyəsi 20% artıb. Tərəflər həmfikirdi ki, əlaqələrin derinləşməsi üçün böyük potensial vardır.
Karen Karapetyan Belarus həmkarına keçən il noyabr ayında Ermənistan-İran sərhədində açılmış Azad iqtisadi zonasının imkanlarını təqdim edərək qeyd etdi ki, bu, Belarusiyanın biznes və xüsusilə də, kənd təsərrüfatı sektorunun şirkətləri üçün maraqlı ola bilər.
Müxtəlif sahələr və xüsusilə heyvandarlıq, informasiya texnologiyaları və digər əməkdaşlıq sahələrində əməkdaşlığın inkişafı üçün mövcud imkanları müzakirə edilib. Bu baxımdan hökumətlərarası şurasının fəaliyyətinə əhəmiyyət verilib.
Görüşdə həmçinin AİB çərçivəsində qarşılıqlı əməkdaşlığına dair bir sıra məsələlərə toxunulub.