İdman

Levon Aronyan Cəbəli-Tariq turnirində qalib gəldi

Ermənistan şahmat komandasının aparıcısı, dünya kubokunun qalibi Levon Aronyan Cəbəli-Tariq beynəlxalq turnirində qalib gəldi. Turnirin qalibi tay-breykdə müəyyən edilib.
Aronyanın rəqibi Fransa nümayəndəsi qrosmaster Maksim Vaşie-Laqrav idi. Tay-breykin ilk üç sürətli şahmat partiyaları sülh nəticəsiylə sona çatdı, son partiyada isə Aronyan qalib gəldi.
Cəbəli-Tariq iri turnirində bu il 50 ölkədən 274 şahmatçı, o cümlədən 92 qrosmaster iştirak ediblər.

Daha çox göstər
Back to top button