Təhlil

Məscidin bərpa olunması Bakıda “anti-Azərbaycan” fəaliyyəti kimi hesab olunur

“Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının yeganə üzvüdür ki, məscidin bərpasına “anti-islam” və “anti-Azərbaycan” fəaliyyəti kimi baxır. Bunu iranşünas Armen İsrayelyan öz facebook səhifəsində yazıb.

Onun sözlərinə görə, Azərbaycan KİV-ləri bu günlərdə yenə “Ermənistan İnkişaf Təşəbbüsülər” (IDeA) fondu və Artsax hökumətinin əməkdaşlığı çərçivəsində bərpa olunan Şuşidəki şiə məscidinə toxunurlar. Məscidin bərpa işlərində qazaxıstanlı iş adamı Kayrat Boranbayev də iştirak edir.

Bakı, İrana qarşı tənqidlərdən sonra, indi də Qazaxıstanı hədəfə alıb. Azərbaycan mənbələrinə görə, iş adamı Boranbayev Nazarbayevin qohumdur və Bakı onu “anti-Azərbaycan” layihələrinə dəstək verməkdə günahlandırır.

“Azərbaycanın bu cür davranışı islam ölkələrində narahatlıq doğura bilər. Bakı bir tərəfdən onlara qarşı belə ittihamlar irəli sürür, digər tərəfdən də İƏT konfransları çərçivəsində “dindar müsəlman” kimi anti-erməni qətnamələr üçün dəstək istəyir”,-deyə A. İsrayelyan yazır.

Qeyd edilir ki, Azərbaycan prezidenti administrasiyasında baş verən struktur dəyişiklikləri çərçivəsində bu günlərdə millətlərarası münasibətləri, multikulturalizm və din məsələləri üzrə şöbə açılıb. Beləliklə, Bakının anti-din tədbirləri və yerli xalqlara (tatlar, talışlar) qarşı törədilən təyziqlər bundan sonra məhz prezident administrasiyasından koordinasiya olunacaq.

Daha çox göstər
Back to top button