BaşlıcaBeynəlxalq

S.Lavrov: “Ermənistan və Azərbaycan təmas xəttində müşahidəçilərin sayını artırmaq ətrafında razılığa yaxındır”

Rusiyanın Xarici işlər naziri Serqey Lavrov ehtimal edir ki, o addımlar hansılar ətrafında ki, Ermənistan və Azərbaycanın Xİ nazirləri həmçinin , Minsk qrupunun həmsədrləri və ATƏT nümayəndələri razılığa gəlibdir, həyata keçiriləcək. Lavrov İtalyanın Xarici işlər naziri, ATƏT fəaliyyətdəki sədri Ancelino Alfano ilə birgə mətbuat icmalı zamanı bu haqda bəyan edib. Lavrov vurğulayıb ki, 2010-cu ildən etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında inam artırıcı mühiti tədbirlərin gücləndirilməsi üçün addımlar atılıb və yenə də atılmaqdadır. “2016-cı ilin aprelində təmas xəttində baş verən hadisələrdən sonra Ermənistan və Azərbaycan prezidentləri ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin xarici işlər nazirlərinin iştirakı ilə Vyanada görüş keçirildi.
Həmin ilin iyun ayında həmsədrlərin iştirakı ilə Sankt-Peterburqda Ermənistan, Azərbaycan və Rusiya prezidentlərinin üçtərəfli görüşü keçirilib. Həmin görüşlər zamanı ATƏT missiyasından müşahidəçilərin sayını 6-7 ilə artırmaq üçün razılığa gəlinib. Bu günə kimi o istiqamətdə işlər görülmüşdür. Hesab edirəm ki, indi tərəflər aydın formatlarla razılaşmağa yaxındırlar “-deyə RF Xİ naziri Lavrov bəyan edib.
Rusiya Federasiyasının Xarici işlər naziri vurğulamışdır ki, hər hansı bir münaqişənin həlli təhlükəsizlik məsələsinin gücləndirilməsinə və problemin siyasi həll olunmasına gətirib çıxaracaq paralel hərəkətlərin həyata keçirilməsinə və məsələnin təhlükəsiz qaydayla siyasi nizamlanmasına çatdıracaqdır
“O məntiq ki, nə qədər çox atəş açırlarsa bir o qədər sürətlə razılığa gələrlər, real həyatda işləyə bilməz. Nəyin ki, ətrafında Ermənistan və Azərbaycanın Xarici işlər nazirləri razılığa gəliblər və hansına ki, aktifliklə ATƏT MQ həmsədrlləri yardım edir, ehtimal edirəm ki,həyata keçiriləcəkdir”-deyə RF Xİ naziri Serqey Lavrov bəyan edib.

Daha çox göstər
Back to top button