Beynəlxalq
Transparency International Britaniya hakimiyyətlərindən Əliyevlərin Londondakı əmlaklarını yoxlamağa tələb edib

Transparency International təşkilatının Britaniyadakı ofisi Britaniya hakimiyyətlərindən Əliyevlər ailəsi, Liviyanın keçmiş general-mayoru, Nigeriya parlamentinin spikeri, Pakistanın keçmiş baş naziri tərəfindən Londonda əldə edilən əmlakın qanuni olub olmamasını yoxlamağa tələb etdi.
Korrupsiyaya qarşı mübarizə aparan təşkilat həmçinin Rusiyanın Baş nazirinin birinci müavini İgor Şuvalovun əmlaklarını yoxlamağa tələb edir. Bu barədə təşkilatın Rusiyadakı nümayəndəsi İlya Şumanov öz Facebook səhifəsində yazıb.