Ekonomika

“İqtisadi Azadlıq İndeksi” açıqlayıb: Ermənistan 44-cü, Azərbaycan isə 67-ci yerdədir

Ermənistan, ABŞ-ın “The Heritage” Fondunun ənənəvi hazırladığı illik hesabatın iqtisadi azadlıq indeksində 44-cü yerdə qərarlaşıb.

Ermənistan 100 ballıq qiymətləndirmə cədvəlində 68,7 bal toplayib. Sənəd müəllifləri iqtisadi azadlığın təkcə gəlirlərə deyil, həm də insanların həyat tərzinə – rifahına, sağlamlığına, təhsilinə, yeniliklərə, sosial inkişafa, dövlət idarəçiliyinə, ətraf mühitə müsbət təsir göstərdiyini deyiblər.

İlk yerdə 24-cü dəfə Honq-Konq qərarlaşıb. Bu ölkə 100 mümkün baldan 90,2-ni toplayıb. İkinci yeri 88,8 balla Sinqapur, üçüncü yeri isə 84,2 balla Yeni Zelandiya tutub. 80 baldan çox toplamış digər 3 ölkə İsveçrə, Avstraliya və İrlandiyadır. İlk 10-luqda həmçinin Estoniya, Böyük Britaniya, Kanada və ABŞ yer alıb.

Müqayisə üçün deyək ki, Gürcüstan 16-cı (76,2 bal) , Türkiyə 58-ci (65,4 bal), Rusiya 107 (58,2 bal), İran 156-ci (50,9 bal), Azərbaycan 67-ci (64,3 bal) yeri tutub.

Daha çox göstər
Back to top button