Siyasət

HRW: İlqar Məmmədovu azad edin

“Azərbaycanda tanınmış siyasətçi, ölkənin azsaylı alternativ siyasi səslərindən olan İlqar Məmmədovun beş ildir həbsdə saxlanmasını anlamaq çətindir. Avropa Məhkəməsinin qərarlarına baxmayaraq, hakimiyyət onu buraxmaqdan imtina edir”. Human Rights Watch insan haqları təşkilatının Cənubi Qafqaz direktoru Giorgi Gogia yazır ki, Məmmədovun həbsdə saxlanması bir çox səviyyədə yanlış qərardır. “İlqar həbs olunanda qızı Ayselin 10 yaşı vardı. Həyatının üçdə birini atasını gözləməklə keçirib, onu ayda cəmi bir, ya iki dəfə görüb”, – o vurğulayır. Məlumatı Azadlıq Radiosu yayıb.

Qurum təmsilçisinin fikrincə, Azərbaycanın Avropa Məhkəməsinin qərarını icra etməkdən imtinasının, hökumət tənqidçilərinə qəddar təzyiqinin bir bədəli olmalıdır. “Artıq Azərbaycanın beynəlxalq tərəfdaşları heç nə olmamış kimi əməkdaşlığa davam edə bilməzlər. Məmmədovun həbsdə qalmasına, Avropa Birliyi üzvlərinin çoxunun Avropa Şurasında Azərbaycana qarşı hüquqi addımlara çağırmasına baxmayaq, Brüssel hazırda Bakıyla daha sıx tərəfdaşlıqla bağlı danışıqlar aparır. Əslində isə aydın şəkildə bildirməlidir ki, Avropa Məhkəməsinə sayıqısızlığın davam etdirilməsinin ciddi fəsadları ola bilər. Azından, AB Məmmədov evinə buraxılmayanadək danışıqlarla bağlı gələcək addımları dondurmalıdır”, – Gogia qeyd edir.

Daha çox göstər
Back to top button