Təhlil

Müxalifət: Növbədənkənar seçkilər demokratiyanın pozulmasına yönəlib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) lideri Əli Kərimli Azərbaycanda növbədənkənar prezident seçkilərinin keçirilməsi barədə qərarı pisləyib.

Onun sözlərinə görə, müxalifət İ.Əliyevin 4-cü dəfə prezidentliyə namizədliyini irəli sürməsilə bağlı planını tənqid edib.

“Faktiki olaraq 45 ildir ki, ata və oğul ölkəyə rəhbərlik edirlər və bu da respublika prinsiplərinə ziddir. İlham Əliyev bilirdi ki, oktyabra qədər müxalifət seçkilərin saxtalaşdırılmasına qarşı uzunmüddətli kampaniya hazırlayacaq. Ona görə də seçkilərin vaxtını dəyişdirdi ki, şəffaf və demokratik seçkilərin keçirilməsi ilə bağlı müxalifətin etirazlarının və tələblərinin qarşısını alsın. İ.Əliyev istəmir ki, seçkiqabağı dövr uzun olsun, ona görə də bunu qısaltdı”, – Ə.Kərimli Turan-a şərhində deyib.

Müsavat Partiyasının sədri Arif Hacılı növbədənkənar seçkiləri öz hakimiyyətini daha yeddi il uzatmaq üçün İlham Əliyevin “tələsik qərarı” və “seçki əməliyyatı” adlandırıb.

O hesab edir ki, bu qərarda məqsəd müxalifəti seytnot vəziyyətinə salmaq və seçkilərə hazırlığın vaxtını məhdudlaşdırmaqdır.

A.Hacılı bu “tələsik qərar”ın başqa bir səbəbi kimi hakimiyyətdaxili ziddiyyətlərin güclənməsini göstərib.

Daha çox göstər
Back to top button