Siyasət

“Seçkilərin keçirilməsi ölkədə normal seçki mühitinin yaradılmaması, siyasi partiyaların daha fəal hazırlığının qaşısını almaq niyyətindən irəli gəlir”

Azərbaycan prezidenti İlham Əliyev sərəncam verərək, növbədənkənar prezident seçkilərini elan edib. Sərəncama əsasən, seçkilər 2018-ci il aprelin 11-ə təyin edilib.
Meydan TV sərəncamla əlaqədar siyasi icmalçılara və siyasətçilərə müraciət edib.

Sərəncamı Meydan TV-yə şərh edən “Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev bildirib ki, bu il ilk dəfədir seçkilər böhran vəziyyətində keçirilir:

“Cəmiyyətdə narazılıq var və getdikcə də artır. Beynəlxalq təşkilatların da təpkiləri var, komanda daxilində də problemlər də var. Əslində, sərəncam praktiki olaraq oktyabra qalan 6 ay ərzində gözlənilənəcək gərginliyin qarşısını almaq məqsədi güdür. Aprelin 11-ə isə 2 ay qalıb, bununla da tərəflər səfərbər ola bilməyəcək və bu, seçkiləri özünə rahat keçirmək imkanı yaradacaq. O cümlədən, seçkilərə 6 ay qalanda müxalifət bir araya gələ bilir, amma 2 aya bu imkan qalmır. Hələ 5 fevral sərəncamından sonra müxalifətin seçkilərə gedəcəyi də bilinmir”.
Mehman Əliyev deyir ki, İlham Əliyev bu sərəncamla hamını pat vəziyyətə saldı, yəni qərar vermək bütün tərəflər üçün ağırdır. Şahmatda buna pat situasiya deyirlər.

Siyasi icmalçı Zərdüşt Əlizadə İlham Əliyevin növbədənkənar seçkilərə getməyinin birinci səbəbini Rusiyadakı seçkilərlə əlaqələndirir:“Rusiyada seçkilər martın 18-də keçirilir, Azərbaycanda 1 ay sonra. İkinci səbəb hakimiyyətin daxili problemlərindən doğur. Görünür, hakim zümrə daxilində dingildəyənlər çoxdur, onları qabaqlayıb fakt qarşısında qoyur. Açıq şəkildə deyir ki, seçkiləri oktyabrda yox, 2 ay sonra keçirirəm, siz də hazırlığınızı sürətləndirin, görün, nə edə bilərsiniz. Hakimiyyətdə xeyli adam pul toplayıb və iştahları güclüdür. Ad çəkmirəm, baxın görün, Əliyevdən sonra ən çox pul toplayan məmur kimdir və inzibati resurslar kimin əlindədir”.

Milli Şuranın sədri Cəmil Həsənli hesab edir ki, sərəncamın arxasında hakim ailənin hansısa məqsədləri dayanır:“Halbuki, 4 həftə əvvəl seçkilərin vaxtı müəyyən edilmiş və rəsmi açıqlama verilmişdi. Gözlənilmədən, heç bir zərurət olmadan vaxtın dəyişilməsi hakimiyyətin daxilindəki çox ciddi proseslərlə bağlıdır. İkinci amil hakimiyyətin hər həftə nüfuzunu itirməsidir”.

“Rusiyada seçkilər martın 18-də keçirilir, Azərbaycanda 1 ay sonra. İkinci səbəb hakimiyyətin daxili problemlərindən doğur. Görünür, hakim zümrə daxilində dingildəyənlər çoxdur, onları qabaqlayıb fakt qarşısında qoyur. Açıq şəkildə deyir ki, seçkiləri oktyabrda yox, 2 ay sonra keçirirəm, siz də hazırlığınızı sürətləndirin, görün, nə edə bilərsiniz. Hakimiyyətdə xeyli adam pul toplayıb və iştahları güclüdür. Ad çəkmirəm, baxın görün, Əliyevdən sonra ən çox pul toplayan məmur kimdir və inzibati resurslar kimin əlindədir”.

Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu sərəncamın hakimiyyət daxilində narahatlıqdan qaynaqlandığı qənaətindədir:

“Bilmədiyimiz məqamlar var,ehtimallar üzərində dayanmayaq. Hakimiyyət rəsmiləri sərəncam haqda izahat verməlidirlər, əgər vermirlərsə, daxildə durum çox kritikdir”.

Daha çox göstər
Back to top button