Türkiyə inkar siyasətinin təhlükəli populizmindən əl çəkməlidir
Erməni Soyqırımının tanınma prosesi sarsılmazdır. Təxminən bir əsr davam edilən inkar siyasətinin uğursuzluğuna baxmayaraq, Türkiyə hələ də stereotiplərdən asıllıdır. ER XİN-dən verilən məlumata görə, bunu ER Xİ naziri Edvard Nalbandyan “Azadlıq Radiosu”-na müsahibədə Fransa Prezidentinin Erməni Soyqırımına dair sözlərinə Türkiyə Xİ nazirinin reaksiyasına toxunurkən bildirib.
“Ankara sadəcə tarixi faktları deyil, cari hadisələri, o cümlədən Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarını təhrif etməkdən çəkinmir. Beynəlxalq Soyqırımı Alimlər Birliyi tərəfindən Türkiyə Baş nazirinə yönəlmiş açıq məktubda qeyd olunur ki, Erməni Soyqırımı ABŞ və digər ölkələr tərəfindən geniş şəkildə sənədləşdirilmişdir. Həmçinin müharibə zamanı Osmanlı Türkiyəsinin müttəfiqləri Almaniya və Avstriya-Macarıstanın minlərlə rəsmi sənədlərində, şahid olan diplomatların, missionerlərin, soyqırımdan sağ qalanların ifadələrində, bir çox tarixi və hüquqi tədqiqatlarda və hətta Osmanlı Hərbi Məhkəməsinin arxivində vardır.
Qeyd etmək lazımdır ki, bir çox ölkələrlə birlikdə Almaniya və Avstriya Erməni Soyqırımını tanıdılar və o dönəmdə Türkiyənin müttəfiqi olaraq öz məsuliyyət payını qəbul etdilər. Beynəlxalq ictimaiyyət tərəfindən bir çox dəfə qeyd olunub ki, soyqırımın inkarı insanlığa qarşı cinayətlərin təkrarlanması üçün zəmin yaradır. Erməni Soyqırımını tanıyanlara “populist” adlandırmaq yerinə, Ankara öz inkar siyasətinin təhlükəli populizmindən əl çəkərək öz keçmişi ilə üzləşməlidir”,-deyə Nalbandyan vurğuladı.