Siyasət

“İskander” Azərbaycanı narahat etməyə davam edir

Azərbaycan ermənilərin “İskanderlərindən” çox narahatdır. Potensial təhlükəni neytrallaşdırmaq üçün Azərbaycan tərəfi silah almağa davam edir. “Haaretz” “Yedioth Ahronoth” qəzetinə istinadən məlumat verir ki, İsrailin müdafiə naziri Aviqdor Liberman hərbi sənaye müəssisələrinə daha uzaq məsafədə yerləşən hədəfləri məhv etməyə qadir yeni raketlər hazırlamaq barədə tapşırıq verib.

Nəşrin məlumatına görə, İsrail Müdafiə Nazirliyi 300 kilometr məsafədə yerləşən hədəfləri məhv etməyə qadir “yer-yer” tipli raketlərin istifadəsi ilə İsrail Müdafiə Qüvvələri üçün yeni imkanlar yaratmaq istərdi. Hərbi texnika, o cümlədən EXTRA raket komplekslərinin əldə edilməsi üçün yarım milyard dollar civarında vəsait artıq ayrılıb. Layihənin ümumi dəyəri İsrail Müdafiə Qüvvələri tərəfindən sifariş ediləcək raketlərin sayından asılı olaraq 2 milyard dollar təşkil edə bilər.

Azərbaycan KİV-ləri bu məlumata toxunaraq xatırlatdılar ki, “Azərbaycan müttəfiq ölkələrlə 500 kilometr  məsafədəki hədəfləri vura biləcək ballistik raketlərin alınması və istehsalının qaydaya salınması üzrə aktiv danışıqlar aparır. Bu baxımdan, Ermənistan Silahlı Qüvvələrinin “İskander” operativ-taktiki raket komplekslərinə cavab olaraq, rəsmi Bakının İsraildən yeni raket kompleksini almağa maraq göstərəcəyini istisna etmək olmaz”.

Daha çox göstər
Back to top button