Təhlil

Tomas de Vaal: Qərar gözlənilməz, ancaq məntiqli idi

Qərargahı Londonda yerləşən Karnegi Beynəxalq Sülh Fondunun aparıcı eksperti Tomas de Vaal Azərbaycan prezidenti İlham Əliyevin növbədənkənar prezident seçkiləri keçirmək qərarının gözlənilməz, ancaq kifayət qədər məntiqli olduğunu düşünür.

“Meydan.tv” saytına əsasən, apreldə seçki keçirmək qərarını Amerikanın səsi radiosuna şərh edən ekspert hesab edir ki, İlham Əliyevin nöqteyi nəzərindən, başqalarının gözləmədiyi, hazır olmadlğı və onun üçün sərfəli bir məqamda seçkini keçirmək yaxşı fikirdir.

De Vaalın fikrincə, Azərbaycanda siyasi elitanın düşüncə prosesinə çıxış məhdud olduğundan qərarın motivlərini dəqiq demək çətindir.

Ekspert hesab edir ki, səsvermənin aprel ayına təyin olunmasında daxili və xarici faktorlar rol oynayır. Bir tərəfdən ölkə müxalifəti prezident seçkilərinə hazır deyil və onun özünün toparlamaq imkanları kifayət qədər məhddudur. Səsverməyə namizəd qismində qatıla biləcək REAL hərəkatının lideri İlqar Məmmədov hazırda həbsdədir. Seçkilərin aprel ayında keçirilməsi Məmmədovu effektiv olaraq seçki prosesindən kənarlaşdırmış olur.

Digər xarici amillər sırasında Tomas de Vaal hökumətin aprel ayında Rusiyanın öz seçkilərinə başının qarışacağını və prosesə müdaxilə edə bilməyəcəyini güman etdiyini söyləyir. Habelə Ermənistan konstitutional keçid dövrünü yaşayacaq.

“O bilir ki, indi seçkiləri keçirmək üçün təhlükəsiz vaxtdır. Ciddi iqtisadi problemlər yoxdur. Kim bilir bir neçə aydan sonra vəziyyət necə dəyişə bilər. İndi sonradan daha yaxşıdır”, de Vaal deyib.

De Vaal Əliyev hökumətinin “daim narahatlıq” keçirdiyini bildirir.

“Onlar bilmirlər ki, müxalifət haradan baş qaldıracaq. Odur ki, situasiyaya mümkün qədər nəzarət etməyə, opponentlərini üstələməyə çalışırlar”.

Daha çox göstər
Back to top button