İctimaiyyət

Bakıda hərbi zavodda güclü partlayış baş verib

Bakıda – Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan “Radioquraşdırma” zavodunda partlayış baş verib. Baş vermiş partlayışdan sonra yanğın başlayıb.

Partlayış baş verən ərazinin yaxınlığında yanacaqdoldurma məntəqəsinin olduğu bildirilir, ancaq orada hər hansı yanğın hadisəsi baş verməyib.

Ərazi polis və FHN əməkdaşlarının nəzarətinə götürülüb.

Hadisə yerinə əlavə yanğınsöndürmə və təcili tibbi yardım briqadaları çağırılıb.

Bildirilir ki, hadisə zamanı xəsarət alan olmayıb.

Daha çox göstər
Back to top button