Siyasət

Bloomberg: “Əli Kərimli hakimiyyəti seçkini oğurlamaq niyyətinə görə ittiham edir”

Azərbaycanın dövlət başçısı İlham Əliyev bu ilin Aprelin 11-də növbədənkənar prezident seçkilərinin keçirilməsi haqında qərar verib. Verilən qərara seçkilər vaxtından altı ay əvvəl keçiriləcək. Hakimiyyətin bu addımı müxalifətin sərt tənqidinə səbəb olub. Bu barədə “Azadliq.info” saytı məlumat yayıb.

Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli özünün fb vasitəsilə etdiyi müraciətdə deyib: “Biz müxalifət olaraq qarşımıza seçkilərə qədər mövcud vəziyyətin dəyişməsi-azad və ədalətli seçkilərin keçirilməsi üçün zəruri olan şəraitin təmin edilməsindən ötrü mübarizə mərhələsinə başlamağı qət etmişdik. Hakimiyyət bu addımla müxalifəti hazırlıqsız yaxalamaq niyyəti güdüb. Mövcud hakimiyyət bu addımla seçkilər keçirmək yox, onu oğurlamaq fikrində olduğunu göstərir”.

Daha çox göstər
Back to top button