Ekonomika

İsveçrə şirkətlərinə dəstək verməyə hazırıq: Baş nazir İsveçrə Milli Şurasının sədrinə

ER Baş naziri Karen Karapetyan İsveçrə Konfederasiyasının Milli Şurasının sədri Dominik de Bümanın başçılıq etdiyi nümayəndə heyətinə deyib ki, Ermənistan İsveçrə ilə bütün sahələrdə ikitərəfli əlaqələri inkişaf etməkdə maraqlıdır. “İsveçrə və Ermənistan arasında iqtisadi əməkdaşlığın güclənməsinə yönəlmiş addımların həyata keçirilməsinə xüsusi əhəmiyyət verirəm. Bu kontekstdə Sizin səfəriniz çərçivəsində təşkil edilmiş biznes konfrasnının əhəmiyyətini də vurğulamaq istəyirəm. Əminik ki, AİB, Aİ, ABŞ və İranla ölkəmizin liberal ticarət rejimlərini nəzərə alaraq, Ermənistan İsveçrə kapitalı üçün maraqlı ola bilər”,-deyə ER Baş naziri Karen Karapetyan qeyd edib.

Dominik de Büman kənd təsərrüfatı, o cümlədən şərabçılıq sahəsində əməkdaşlığın inkişaf etdirilməsini prespektivli hesab edərək qeyd edib ki, İsveçrə şərabçılığının böyük ənənələri olan şirkətlərdən biri artıq Ermənistandakı həmkarlarıyla əməkdaşlıq etməkdədir. “Əminəm ki, kənd təsərrüfatı sahəsində yaxşı əlaqələr qurub müxtəlif biznes proqramları həyata keçirə bilərik, çünki Ermənistanda etibarlı istehsal və lazımlı şərtlər vardır”,-deyə Dominik de Büman vurğulayıb.

Daha çox göstər
Back to top button