Ekonomika

Almaniyanın inkişaf bankı tərəfindən Ermənistanda kənd təsərrüfatı sektorunun inkişafı üçün 5 milyon avro veriləcək

ER Baş naziri Karen Karapetyan Almaniyanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Matias Kislerin başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. Hökumətin mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyətində Almaniyanın inkişaf bankının (KfW) əməkdaşları, «MF Strategy», «MicroInsurance Centre and AgroConsulting» şirkətlərinin məsləhətçiləri və «Swiss Re and Agroinsurance International» təkrarsığortaçı təşkilatın nümayəndələri vardı.

KfW bankı tərəfindən elan edilmiş məsləhətçi müsabiqəsi nəticəsində 3 təşkilatdan ibarət konsorsium seçilmişdir və ER Kənd Təsərrüfatı Nazirliyi və Mərkəzi Bankı onlarla birlikdə kənd təsərrüfatı sığortasının proqramını hazırlayacaqlar. Layihə çərçivəsində KfW bankı tərəfindən 5 milyon avro veriləcək və eyni məbləğində dövlət büdcədən də maliyyələşdiriləcəkdir və sığorta ödənişlərinin subsidiyasına yönəldiləcəkdir.

Baş nazir kənd təsərrüfatının digər sahələrində də əməkdaşlığın genişləndirilməsinə hazır olduqlarını bildirib. Almaniyanın ER-dakı səfiri vurğulayıb ki, Alman hökuməti qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı inkişaf etdirmək üçün Ermənistan hökumətinə kömək etməyə davam edəcək. KfW nümayəndəsi Monika Güntner qeyd edib ki, Almaniya inkişaf bankı Ermənistanla sıx əməkdaşlığın dərinləşməsində və uzun müddətli perspektivli təşəbbüslərin həyata keçirilməsində maraqlıdır.

Daha çox göstər
Back to top button