BaşlıcaSiyasət

Azərbaycanlı müxalifət jurnalisti Əfqan Muxtarlı Azərbaycanın Ədliyyəsinə inanmadığını bəyan edib

“Səhhətim normaldır, elə bir problem yoxdur».Bunu həbsdə olan jurnalist Əfqan Muxtarlı deyib. Onu, bu gün fevralın 8-də yaxınlarının yas mərasimində (40 mərasimi) iştirak etməsindən ötrü müvəqqəti olaraq onu evə buraxıblar. Jurnalist fevralın 10-da təcridxanaya qaytarılmalıdır.Ə.Muxtarlı deyib ki, ölkədə gedən proseslərdən hərtərəfli xəbər ala bilmir:”Amma yerli hüquq müdafiəçiləri, beynəlxalq qurumlar Azərbaycanda siyasi məhbusların azadlığa çıxmaları üçün ciddi iş aparırlar».
Ə.Muxtarlı deyib ki, Azərbaycanda bütün məsələlərin həlli bir nəfərdən asılıdır:
“Hər şey dövlət başçısının nə deməsindən asılıdır. Onun hansı qərarı verəcəyini isə öncədən bilmək olmur”.

Daha çox göstər
Back to top button