İctimaiyyət

Fərman Ceyranlı 6 il həbs edilib

Bu gün Tbilisi Şəhər Məhkəməsi azərbaycanlı sahibkar və həkim, “Lancet” klinikasının təsisçisi Fərman Ceyranlını 6 il azadlıqdan məhrum edib. O, Gürcüstan CM-in 180 və 247-ci maddəsi (dələduzluq, insan həyatına və saglamlığına təhlükə yaradan məlumatın gizlədilməsi) ilə təqsirli bilinib. Bu barədə Turan-a onun qardaşı Mübariz Hüseynli bildirib.

F.Ceyranlı məhkəmədə deyib ki, siyasi sifarişlə həbs olunub. Müdafiə tərəfi apellyasiya verəcək.

Bundan öncə vəkillər bildiriblər ki, onun həbsi siyasi motivlidir. Onların sözlərinə görə, F.Ceyranlının barəsində çıxarılan qərarlar qanunsuz olub.

F.Ceyranlı istintaqın təqdim etdiyi kimi, klinikanın direktoru yox, təsisçisidir. Həkimin hərəkətinə görə təsisçi məsuliyyət daşımır.

Daha çox göstər
Back to top button