Təhlil

Fransa mәtbuatı: “İlham Әliyev 19 yaşlı oğluna yol açır”

Fransanın mәhşur “liberation.fr” saytı Azәrbaycanda keçirilәcәk növbәdәnkәnar prezident seçkilәrindәn, müxalifәtin seçkilәrә reaksiyasından, Əliyevlər ailəsinin 45 illk idarәetmәsindәn yazıb.
2003-cü ildәn bәri iqtidarda olan İlham Әliyev hәftәnin birinci günü prezident seçkilәrinin 11 apreldә keçirilmәsi haqqında qәrar imzalayıb. Prezident seçkilәri әslindә 17 oktyabr 2018-ci ildә keçirilmәli idi. Bu barədə “Azadliq.info” saytı məlumat yayıb.

Ana müxalifәt partiyasının lideri Әli Kәrimli AFP-yә verdiyi müsahibәdә bildirib ki, “Әliyevlәr 45 ildir iqtidardadır vә bu demokratik respublika prinsiplәrinә ziddir”. Әli Kәrimli qeyd edib ki, “İlham Әliyev bu qәrarla kampaniyanın müddәtini qısaltmaq, müxalifәtin imkanlarını mәhdudlaşdırmaq niyyәtindәdir”.
İki müxalifәt namizәd, Müsavat partiyasından İsa Qәmbәr, Klassik Azәrbaycan Xalq Cәbhәsi Partiyasından Mirmahmud Mirәlioğlu prezidentliyә namizәdliklәrini açıqlayıblar.

Әliyevlәr demәk olar ki, 1969-cu ildәn ölkәni fasilәsiz idarә edirlәr. 1969-cu ildәn 2003-cü ilә kimi ölkәni idarә edәn keçmiş KQB zabiti, komunist lider Heydәr Әliyevin ölümündәn sonra oğlu İlham Әliyev 2003, 2008, 2013-cü illәrdә prezident seçilib. Müxalifәt bütün seçkilәrin saxtalaşdırdığını bildirir. 2009-cu ildә İlham Әliyev referendum keçirәrәk konstitusiyanı dәyişdirdi vә istәdiyi qәdәr prezident seçilmәk imkanı әldә etdi.

2016-cı ildә dә konstitusiyaya bir neçә dәyişiklik edildi. Prezidentlik müddәti 5 ildәn 7 ilә qaldırıldı, vitse-prezidentlik vәzifәlәri yaradıldı, prezidentlik yaşı üçün tәlәb olunan minimum 35 yaş göstәricisi 18 yaşa endirildi. İlham Әliyevin 19 yaşlı oğlu Heydәr Әliyevә yol açan konstitusiyaya dәyişikliklәrini rəsmi məlumatlara görə 91 faiz seçici tәstiqlәyib. İlham Әliyev referendumdan sonra hәyat yoldaşını birinci vitse-prezident tәyin etdi.

Azәrbaycanı tez-tez beynәlxalq hüquq müdafiәsi tәşkilatları tәnqid edir. Bildirirlәr ki, İlham Әliyev onu tәnqid edәnlәrә qarşı çox ciddi tәzyiqlәr edir, onları hәbs edir. Amma İlham Әliyev hәr dәfә bu ittihamları rәdd edir.

Daha çox göstər
Back to top button