Mədəniyyət

Gürcüstanda azərbaycanlıları Musa dağ mübarizəsinin qurbanlarının xətirəsini yad etməyə dəvət etdilər

Gürcüstandakı erməni apostol kilsəsi gözləyirlər ki, azərbaycanlılar dəvəti qəbul edəcəklər və erməni heriseni dadaqaclar.

Gürcüstandakı erməni apostol kilsəsi ənənəvi erməni bayramı olan Bun Barekendanı təntənəli şəkildə qeyd eymək istəyir və bayrama Gürcüstanda yaşayan azərbaycanlıları da dəvət edəcək.

“Bu ildə siyasi, ictimai xadimlərlə birlikdə etik və milli azlıqların nümayəndələrini, o cümlədən azərbaycanlıları da dəvət etməyi planlaşdırırıq”,-deyə Gürcüstandakı erməni apostol kilsəsinin mətbuat katibi Susanna Xaçatryan qeyd etdi.

Ümid edirik ki, azərbaycanlılar dəvəti qəbul edib erməni ənənəvi heriseni dadacaqlar. Bu yeməyə həsr edilmiş festivalı bu ildə ilk dəfə sadəcə Tiflisdə deyil, bütün Gürcüstanda da qeyd edirik.

Festival fevralın 4-də Gürcüstanın Axkerp kəndində başlamışdır və bir həftə ərzində ermənilərin yaşadığı bütün kəndlərlə gəzəcəkdir. Barekendan günündə fevralın 11-də Gürcüstandakı bütün böyük erməni elmi və mədəniyyət mərkəzlərində və kilsələrində qeyd edəcəklər.

Tədbirlər Tiflisin “HayArTun” mədəni mərkəzində, Rustavelidəki Surb Qrigor Narekatsi  mərkəzində, Axalkalakin Müqəddəs Xaç kilsəsində və bir sıra digər yerlərdə keçiriləcək.

Daha çox göstər
Back to top button