Siyasət

”Şou məqsədi daşıyan seçkidə iştirak etməyin əhəmiyyəti yoxdur”

Mühacirətdə olan sabiq deputat Hüseyn Abdullayev 11 aprel seçkisini boykot edəcək.

Bu barədə Meydan TV məlumat yayıb.

Hüseyn Abdullayev bildirib ki, İlham Əliyevin heç bir səbəb göstərmədən seçkiləri oktyabrdan aprel ayına keçirməsi, total və təcili saxtakarlığa hesablanmış bir addımdır:

“Belə bir düşünülmüş və şou məqsədi daşıyan seçkilərdə iştirak etməyin heç bir mənası və əhəmiyyəti yoxdur. Məhz buna görə bu seçkiləri boykot edir və bütün tərəfdarlarımı gözlənilən kütləvi etiraz aksiyalarında aktiv iştirak etməyə çağırıram. Bəri başdan onu da qeyd edim ki, bu seçkilərin nəticələrini legitim hesab etmirəm ve tamamilə qeyri-qanuni sayıram”.

“Oğuz Eli” İctimai Birliyinin sədri Hüseyn Abdullayev 2005-ci ildə 25 saylı Nizami II seçki dairəsində Milli Məclisə mandate qazanıb. Ancaq 2007-ci ilin martında Milli Məclisin iclasında hökumətin illik hesabatı zamanı Hüseyn Abdullayevlə Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı arasında əlbəyaxa dava yaranmışdı. Həmin hadisədən sonra H.Abdullayevin deputat mandatı geri alındı, özü isə həbs olundu.

Sonradan o, azadlığa buraxıldı və hazırda Almaniyada mühacir həyatı yaşayır.

H.Abdullayev ötən ilin 13 oktyabrında prezident seçkisində iştirak edəcəyi haqda bəyanat vermişdi.

Daha çox göstər
Back to top button