Ekonomika

Arayik Harutyunyan: “30 il sonra Artsax demək olar ki, 100% enerji sarıdan təhlükəsiz, müstəqil respublika olacaq”

Enerji Artsaxın iqtisadiyyatının ən vacib və dinamik şəkildə inkişaf edən sahədir. Bu barədə “Arminfo” mətbuat xidmətinə verilmiş müsahibəsində  Artsax Respublikasının dövlət naziri Arayik Harutyunan deyib.

“Biz bu sahəni beynəlxalq ekoloji standartlara uyğun olaraq inkişaf etdiririk.  Artsaxın bütün enerjisi  dünyada təmiz olan sayılan bərpa olunan hidro resurslarına əsaslanır.

Əgər Artsax beynəlxalqcasına tanınmış ölkə olsaydı, biz qlobal istiləşmənin və digər ekoloji fəlakətlərin həllinə dəstək verən ölkə kimi beynəlxalq donorlardan bu istiqamətdə daha da inkişaf etdirmək üçün böyük resurslar əldə edə biləcəydik-deyə dövlət naziri bəyan edib.

O bildirib ki, artıq bir başqa böyük enerji layihəsinin, Sarsanq-Matağis hissəsində 40MVt ümumi gücüylə su ambarla hidroelektrik stansiyasının tikintisinə başlanıb. Layihənin investisiya paketi 100 mln dolardan çoxdur.

Harutyunyan qeyd edib ki, DQR hökumətinin enerji sahəsinin inkişafı ilə bağlı digər iddialı layihələri də var. “Yaxın gələcəkdə Artsax həmçinin ticarət enerjisini də inkişaf etdirmək istəyir. 30 il sonra Artsax demek olar ki, 100% enerji sarıdan   təhlükəsiz, müstəqil respublika olacaq”- deyə dövlət naziri yekunlaşıb.

Daha çox göstər
Back to top button