Ekonomika

DQR dövlət naziri: Artsaxda böyük investisiya layihələri həyata keçirilir

Artsax stabil və dinamik inkişaf edən iqtisadiyyatı olan bir respublikadır və bunu son 10 ildə qeyd olunan iqtisadi göstəricilərdə görürük. Onu da nəzərə alaq ki, Dağlıq Qarabağ sovet dövründə iqtisadi baxımdan inkişaf etmiş bir region deyildi və müharibədən sonra hər şeyə sıfırdan başladıq.

Bunu “Arminfo” xəbər agentliyinə müsahibədə Artsax Respublikasının dövlət naziri Arayik Harutyunyan bildirib. Həmin müsahibə “eadaily.com” saytında da dərc olunub.

“Gələcək planlarımız da iddialıdır və biz inkişaf tempini zəiflətmək niyyətində deyilik. İqtisadi inkişafa mühüm töhfə verən enerji, mədənçilik, kənd təsərrüfatı və tikinti sahələri diqqət mərkəzimizdə olacaq.”,-deyə dövlət naziri vurğulayıb ki, son illərdə turizm də yaxşı inkişaf edir.

Arayik harutyunyan deyib ki, bir sıra ciddi maneələrə baxmayaraq, hazırda Artsaxda böyük investisiya layihələri həyata keçirilir.  Respublika iqtisadiyyatında həm xarici, həm də erməni əsilli iş adamları investisiya qoyur. “Artsaxda investisiyalar üçün dövlət tərəfindən dəstəkləyən səmərəli şəraitlər var”.

Daha çox göstər
Back to top button