BaşlıcaSiyasət

E.Nalbandyan: “Artsaxda hərbiçinin həlak olması hadisəsiylə Azərbaycan həmsədr ölkələrə olan etinasızlığını isbat edir”

Fevralın 8-də Xİ naziri Edvard Nalbandyan region səfəri çərçivələrində Yerevana gəlmiş ATƏT MQ həmsədrləri İqor Popov, Stefan Viskonti və Endryu Şoferi , ATƏT fəaliyyətdəki sədrin şəxsi təmsilçisi Ancey Kasprşiki qəbul edib.
XİNdən verilən məlumata görə həmsədrlər Bakıda olan görüşlər barədə məlumatlandırmışlar. Ermənistanın Xİ naziri və həmsədrlər yanvarda Krakovda keçirilən Ermənistan və Azərbaycanın Xİ nazirlərinin görüşündə ATƏT fəaliyyətdəki sədrin şəxsi təmsilçisi idarəsinin imkanlarını genişləndirməyə dair əldə olunan prinsipial razılaşmalarla bağlı məsələlə müzakirə edib.Edvard Nalbandyan həmsədrlərin diqqətini həmsədrlər və Ermənistandan fərqli olaraq bu günə kimi Bakı həmin razılığa dair heç bir bəyanat yaymaması üzərində cəmləşdirib.
“Bakıda olduqca qəribə yaddaşa malikdirlər, özlərinin uydurduqları saxtakarlıqlar hörümçək torunda dolaşaraq bir ay və ondan öncə əldə olunan razılaşmaları sanki unudurlar.Halbuki onlar barədə həmsədrlər dəfələrlə bəyan etmişlər və eyni zamanda baş-ayaq şərhlərlə 25 il əvvəl olan sənədləri yada salırlar ki, onlar da həmsədrlər məlum səbəblərlə hətta ona istiqamətlənmirlər” –deyərək Ermənistanın Xİ naziri Nalbandyan qeyd edib.
Edvard Nalbandyan ATƏT MQ həmsədrlərə dünən təmas xəttində azərbaycanlılar tərəfindən atşkəsi kobudluqla pozmaq nəticəsində erməni hərbiçinin həlak olmasını təqdim edib. O, deyib ki, Bakı özünə xas olan təcavüzkar əməllərindən geriyə çəkilmir həttar həmsədrlərin regionda olmasına baxmayaraq.Bununla da Bakı həmsədrlik edən ölkələrə olan etinasızlığını bir daha sübut etmiş olur.
Bakıdan səsləndirilən şərhlərə toxunaraq ki, güya Azərbaycan Qarabağ məsələsinin tələm-tələsik nizamlanmasıyla maraqlanır, Ermənistanın Xİ naziri qeyd edərək deyib ki, sözləri işlə təstiqləmək lazımdır Vyana və Sankt Peterburq, Cenevrə zirvələrində əldə edilən şərtləşmələri yerinə yetirməklə və məhz onun əsası üzərində də irəliyə doğru hərəkət etmək lazımdır.

Daha çox göstər
Back to top button