Siyasət

ER İnsan Hüquqları Müdafiəçisi işinin təcrübəsi digər ölkələrə də tövsiyə edilir

Mərakeş Krallığında işgəncələrin qarşısının alınması sahəsində Ermənistanın İnsan Hüquqları Müdafiəçisi işinin təcrübəsi təqdim edildi.

Qarşını alma mexanizmlərinin mandatı və fəaliyyəti ilə bağlı seminarda Ermənistan İnsan Hüquqları Müdafiəçisi heyətinin vətəndaşlar və dövlət orqanları ilə apardığı fəaliyyəti xüsusi olaraq yüksək qiymətləndirildi. Azadlıqdan məhrumetmə yerlərində işi zamanı ortaya gələn məsələləri və onların həlli müzakirə olundu.

Xatırladaq ki, Avropa Şurası tərəfindən həyata keçirilən proqram çərçivəsində, Ermənistanın İnsan Hüquqları Müdafiəsi  işinin təcrübəsi digər ölkələrə təklif olunmuşdur. Bu məqsədlə keçən il Mərakeşdə İnsan Hüquqları üzrə Milli Mərkəzin nümayəndələri, Tunis Respublikasının İşgəncələrə Qarşı Milli Mübarizə İdarəsinin sədr müavini və Baş katibi və Bosniya və Herseqovinanın üç Ombudsmanının rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər etmişdi.

Daha çox göstər
Back to top button