BaşlıcaBeynəlxalq

Rusiya, Belarus və Qazaxıstandan olan müdafiəedici məhsullar Ermənistan paytaxtında nümayiş olunacaq

KTMT Ermənistanda müdafiə texnologiyaları ArmHiTec sərgisinin təqdimatını davam etdirəcək. Bu barədə KTMT baş katibinin müavini Valeri Semerikov bildirib. “Artıq biz erməni həmkarlarımızla və Rusiya hərbi-sənaye komitəsi ilə sərgiyə hazırlaşmağa başlamışıq. Sərgidə Rusiya və Ermənistanla yanaşı, Qazaxıstan və Belarus da iştirak edəcək ” – deyərək Semerikov bəyan edib.
Baş katibin müavini praktik plan tamamlanacağını söz verdi. Hərbi-Sənaye Komissiyasının əməkdaşları sərgidə Ermənistan Müdafiə nazirliyinin nümayəndələri ilə görüş keçirəcəklər. Rəsmi şəxslər Ermənistanda və Rusiyada birgə hərbi məhsul və avadanlıqlar üçün xidmət mərkəzlərinin yaradılmasını müzakirə edəcəklər.
2018-ci il martın 29-da 31-ə kimi “Yerevan Ekspo” sərgi mərkəzində müdafiə texnoloqiyaları ArmHiTec-2018 beynəlxalq sərgisi keçiriləcək.Sərginin təşkilatçıları Ermənistanın Müdafiə nazirliyi, “Yerevan riyaziyyat maşınları” QSC,”Sərgi birliklərinin birləşməsi” “Bizon” QSC-dir.
ArmHiTec ikinci dəfə keçirilir. Sərgi ilk dəfə olaraq 2016-cı ilin oktyabrında Yerevan şəhərində keçirilmişdir.

Daha çox göstər
Back to top button