Siyasət

ABŞ-li senator: İndi Erməni Soyqırımının tanınma vaxtıdır

ABŞ “Demokrat Partisi”-nin Kaliforniya senatoru Ted Lyu Suriyədə ABŞ hərbçilərə qarşı türklərin təhdidlərinə cavab olaraq Erməni Soyqırımını tanıyan qətnamənin hazırlanmasını təklif edib.

Türk xəbər saytlarından birinin verdiyi məlumatına görə, ABŞ Konqresinin alt palatasının iclasında Suriya məsələsi müzakirə edildi. Türkiyəni Afrində başlamış hərbi əməliyyatlara görə qınadılar.

İclasda çıxış edən Ted Lyu deyib: “Hamımız anlamalıyıq ki, Erməni Soyqırımı baş vermişdir və tarixi hadisədir. Bu qətnamınin təsdiq olunmamasının səbəbi isə, türkiyə ilə yaxşı əlaqələrin saxlanılmasıdır.

İndi bu qətnaməni təsdiq etmə və Türkiyəyə “Hey bax, əgər sən bizə qarşı belə bir əməlliyat apararsan, biz heç sənin üçün xoş olmayan şeylər edərik”.

İclasa sədrilik edən İleanan Ros-Leytinen və konqresmen Devid Çiçilien də Afrin operasiyonunu qınayaraq bunu ABŞ tərəfindən dəsətk alan kürdlər və ərəblərə qarşı bir zoraklıq adlandırıblar.

Daha çox göstər
Back to top button