Siyasət

Çexiya hakimiyyətləri Azərbaycana silah ixrac etməklə bağlı lisenziya alma tələblərini rəd ediblər: Çexiya səfiri

Çexiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Petr Mikiska Tert.am-in Cexiya tərəfindən Azərbaycana silah ixrac etmə imkanları ilə bağlı aparılan istintaqa dair suallarına cavab verib.

“İstintaq nəticəsində təsdiq edilib ki, Çexiya hakimiyyətləri Azərbaycana siah ixrac etməklə bağlı lisenziya verməyiblər və  keçmişdə də alınan bu cür müraciyyətləri rəd etdi. İstintaq davam edilir. Yeni məlumatlar ala bilməyəcəyik, çünki proses hələ başa çatmayıb”.

Daha əvvəl bildirmişdik ki, Çexiya ictimai televiziyası Azərbaycana Çexiya silahlarının ixracatı barədə istintaq apardı və nəticələrini yekunlaşdırdı.

Çex jurnalistlər çex və slovak səlahiyyətlilərindən müsahibələr alıblar və aşkar olunub ki, silah Azərbaycana İsrail vasitəsilə Slovakiyadan keçib.

Xatırladaq ki, keçən il sentyabr ayında Azərbayan və başqa ölkələrin KİV-lərində yayılmış məlumata görə. Çexiya Azərbaycana DANA M1 və РСЗО RM-70 Vampir raket sistemləri satmışdı.

Daha çox göstər
Back to top button