Siyasət

Bəs diversantlar haradadır? Yerevanda erməni tərəfindən diversiya barədə Bakının bəyanatı təkzib edilir

ER MN mətbuat katibi Artsrun Hovhannisyan  Ermənistan-Azərbaycan sərhədində Qazax rayonunda Ermənistan Silahlı Qüvvələrin “UAZ”-ının məhv edilməsi barədə məlumatlarını təkzib edir.

“Yalnız azərbaycanlıların təssəvürü ilə erməni diversantlar ağ nömrələri olan “UAZ” ilə diversiyaya gedəcəkdi. Maşının fotoşəkili isə niyə arxadan çəkilmişdir, və ya əgər maşını görmüşsək diversantlar haradadır?”- deyə öz feysbuk səhifəsində Artsrun Hovhannisyan yazıb.

Daha öncə Azərbaycan MN  məlumat yayıb ki, Ermənistan  Silahlı Qüvvələrinin diversiya qrupu “UAZ” ilə Ermənistan-Azərbaycan sərhədini pozmağa cəhd edib.

Məlumat video və fotoşəkillərlə müşayiət olunub. Orada amma yanan avtomobil istisna olmaqla heç bir hərbçi qeydə alınmayıb.

 

Daha çox göstər
Back to top button