Siyasət

Ermənistanda rus pilotlar şərti rəqibin aerodromunu məhv edib

Ermənistanda “Erebuni” rus aviyabazasının MiG-29 qırıcılarının və Mi-24P və Mi-8MT helikopterlərinin pilotları şərti reqibin aerodromunu məhv ediblər.

“Ria Novosti”-ya əsasən, bu barədə jurnalistlərə RF Cənubi hərbi dairəsinin mətbuat xidmətinin rəisi Vadim Astafev bildirir.

Təlim uçuşları gündüz və gecə saatlarında həyata keçirilmişdir.

“Dağlıq ərazinin mürəkkəb meteoroloji şəraitində uçuş tapşırıqları  həyata keçirərək helikopterlərin şəxs heyətləri şərti reqibin aviyasiya texnikasına, aerodrom infrastrukturalarına zərbələr endirib və uçuş yolunu məhv edib”-deyə Astafev bildirib.

Onlar həmçinin şərti rəqibin hava hücumunun müdafiə sistəmindən qaçmaq üçün əməliyyatları aşlayıb.
Qeyd edilib ki, məşqlər zamanı qırıcıların və helikopterlərin şəxs heyətləri 20-dan çox uçuşlar həyata keçirib.

 

Daha çox göstər
Back to top button