Siyasət

Levon Mnatsakanyan: Azərbaycan dezinformasiyanın yayılması üçün böyük miqdarda pul xərcləyir

Artsax müdafiə naziri, MO komandiri, general-leytenant Levon Mnatsakanyan “NEWS.am”-ə müsahibədə Azərbaycan tərəfindən dezinformasiya yayılmasına dair qeyd edib ki, Ermənistan və Azərbaycan tərəflərinin təbliğat üsulları müqayisə edilə bilməz. “Təbliğatın böyük əhəmiyyəti var, lakin xatırlamalıyıq ki, iki istiqamət var: real təbliğat və dezinformasiya.

Azərbaycan dezinformasiyanın yayılması üçün böyük miqdarda pul xərcləyir və hamımız da bunu bilirik. Bəzi yerli və xarici xadimlər var ki, bu məsələdə Bakıya dəstək vermək istəyirlər. Bu insanlar üçün belə davranması biznesdir və onlar belə faydalanırlar. Bizim tərəfimizdən də təbliğat aparılır və o təbliğat faktlar və tarixə əsaslanır. Bunun üçün həm erməni, həm də xarici tarix mənbələri tətbiq olunur. Erməni tərəfi işini inandırıcı və sübut edilmiş bazayla həayata keçirir”,-deyə nazir vurğulayıb.

Daha çox göstər
Back to top button