Siyasət

Serj Sargsyan: “Bakı makismalist yanaşmasından imtina edəndə Dağlıq Qarabağ münaqişəsi həll edilə bilər”

Azərbacanda seçki dövrü olub-olmamasına baxmayaraq,Bakının hərəkətləri  indi ancaq buraxılmış imkanlar barədə danışmaq olmasına gətirib çıxardı.

Bu haqda Ermənistan Respublikasının Prezidenti Serj Sargsyan Bolqarıstanın həmkarı Romen Radev ilə birgə mətbuat konfransı zamanı qeyd etdi.

ER Prezidentinin sözlərinə görə, keçmişdə prosesin inkişafı üçün imkanlar vardı, amma Bakının hərəkətləri səbəbindən indi ancaq buraxılmış imkanlar barədə danışmaq olar. Serj Sargsyan qeyd etdi ki, Bakı makismalist yanaşmasından imtina edəndə  Dağlıq Qarabağ münaqişəsi həll edilə bilər.  Bu ölkənin hakimiyyət orqanları öz illüziyalarının əsirliyində olduğu zaman münqişənin həll olunacağına ümid etmək çətindir.

Eyni zamanda ER Prezidenti vurğuladı ki, Ermənistan  ATƏT-in Minsk qrupunun himayəsi altında danışıqların davam etdirilməsinə və münaqişənin həlinə nail olmağa hazır olduğunu dəfələrlə bildirdi.

Prezident Serj Sargsyan Bolqarıstana balanslı mövqeyinə görə minnətdarlığını bildirərək,qeyd etdi ki, Bolqarıstan həmişə Avropa Birliyinin mövqeyini və münqişənin sülh yolu ilə nizamlanmasını dəstəklədi.

Dövlət başçısı xatırlatdı ki, ötən ilin noyabrın 24-də Avropa İttifaqı ilə imzalanmış Çərçivə sazişində münaqişəyə dair aydın formullar var.

“Avropa İttifaqı ölkələri bu sənədləri ratifikasiya edəcəklər, dəmək olar ki, Aİ üzv ölkələrində bu sənənd qanun qüvvəyə minəcək “-deyə ER Prezidenti Serj Sargsyan qeyd etdi.

Daha çox göstər
Back to top button