İdman

Azərbaycan Yerevanda keçiriləcək Avropa qılıncoynatma çempionatına iştirak etməyəcək

Azərbaycan aprelin 15-dən 19-dək Ermənistanın paytaxtı Yerevanda keçiriləcək qılıncoynatma üzrə 23 yaşadək (U-23) idmançılar arasında Avropa çempionatında iştirak etməyəcək. Çempionatda 30 ölkədən təxminən 500 iştirakçı olacaq.

“Turnir federasiya təqvim planında yoxdur”,- deyə Azərbaycan Federasiyası məlumat yayıb.

Qeyd edək ki, əvvəllər də başqa idman növlərində Azərbaycan yığmaları Yerevandakı yarışlarda iştirak edib. Məsələn, 2009-cu ildə gənclər arasında cüdo üzrə Avropa, 2012-ci ildə gənclər arasında boks üzrə dünya və 2014-cü ildə böyüklər arasında kamandan oxatma üzrə Avropa çempionatlarının iştirakçısı olmuşlar.

Daha çox göstər
Back to top button