Siyasət

Ermənistanda pilotsuz uçuş apartaları laboratoriyası açılacaq

Ermənistanın Politexnik Universitesində pilotsuz uçuş aparatlarının müasir laboratoriyası açılacaq. Bu ahqda “Sputnik Armenia”ya müsahibəsində universitetin prorektoru Areg Grigoryan qeyd etdi.

Fevralın 22-də açılış mərasimi planlaşdırılır, ölkə səlahiyyətlilərinin nümayəndələri də iştirak edəcəklər.

Aparatlar üçün xüsusi “qutu” var, infraqırmızı işıqlı onlarla kamera quraşdırdıq.

İnfraqırmızı ötürcülər yenilik deyildir,həttə evlərimizin girişlərində  də var, lakin laboratoriya cihazları daha dəqiqdir.

Politexnikdə pilotsuz uçuş aparatlarının  elektronikası ilə uzun müddət məşğul olurlar, indi isə korpusu hazırlayacaqlar.

Qeyd edək ki,  fevralın 12-də Ermənistanın Milli Politexnik Universitetinin 17-ci binasında “Texnoloji innovasiya platforması” açılıb.

Daha çox göstər
Back to top button