Ekonomika

Aşot Manukyan Ermənistanda və Gürcüstanda Böyük Britaniyanın ticarət və investisiya komissarı ilə görüşüb

ER enerji infrastruktur və təbii ehtiyatlar naziri Aşot Manukyan Ermənistanda və Gürcüstanda Böyük Britaniyanın ticarət və investisiya komissarı Mark Pritçard ilə görüşüb. Görüşdə Böyük Britaniyanın ER-dakı fövqəladə və səlahiyyətli səfiri Cudit Farnuort da vardı. Bu haqda ER Energetika Nazirliyindən məlumat verilib.

Nazir bərp olunan enerjidə məhsuldarlıq potensialının inkişafına yönəlmiş proqramların səmərəliliyinə, xüsusilə də günəş kollektor stansiyalarının tikintisinə toxunub.

Səfir Cudit Farnuort qeyd edib ki, Böyük Britaniyanın hökuməti Ermənistanla iqtisadi əlaqələrini genişləndirməyə və investisiyaların qoyulmasına hazırdır.

Tərəflər həmçinin dağ- mədən sənayesində qanunvericilik islahatları və onun inkişaf perspektivlərinə toxunublar.

Daha çox göstər
Back to top button