Ekonomika

Azərbaycanda 2017-ci ildə xarici ticarət dövriyyəsi 11 faiz azalıb

Dövlət Statistika Komitəsi 2017-ci ildə həyata keçirilmiş xarici ticarət dövriyyəsi haqqında məlumatları elan edib.

2017-ci ilin yanvar-dekabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 116 ölkəyə məhsul ixrac olunmuş, 179 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-dekabr aylarında xarici ticarət dövriyyəsi 24257,6 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 15475,6 milyon dollar, idxalın dəyəri 8782,0 milyon dollar təşkil etmiş, nəticədə 6693,6 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-dekabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12,3 faiz artmış, real ifadədə isə 10,7 faiz, o cümlədən ixrac 7,1 faiz, idxal 16,1 faiz azalmışdır.

Daha çox göstər
Back to top button