Ekonomika

Baş nazir Estoniya səfiriylə ikitərəfli iqtisadi əlaqələrin inkişafını müzakirə edib

Baş nazir Karen Karapetyan Ermənistandakı Estoniya fövqəladə və səlahiyyətli səfir Kai Kaarelsonu qəbul edib. Bu barədə hökumətdən bildirilir.

Hökumət rəhbəri Estoniya tərəfini Avropa İttifaqı ilə Gəniş və hərtərəfli əməkdaşlıq haqda sazişin imza prosesini dəstəkləmək üçün  təşəkkür edərək qeyd edib ki,  bizim ölkəmiz ratifikasiya prosesinin mümkün qədər tez həyata keçirməsini nəzərdə tutur.

Baş nazir ikitərəfli iqtisadi  qarşılıqlı tərəfdaşlığın genişləndirilməsini, ticarət dövriyyəsinin artırılmasını mühüm sayıb və mövcud  potensialın həyata keçirilməsi üçün biznes forumların təşkili və  keçirilməsi zəruri sayıb.

Karen Karapetyan vurğulayıb ki,  bizim ölkələrimizin imtiyazlı ticarət rejimini hesaba alaraq Estoniya biznesi üçün Ermənistan AİB və İran bazarlarına çıxış baxımından maraqlı ola bilər.

Səfir Kaarelson da iqtisadi əməkdaşlığın inkişafını mühüm sayıb və müvafiq tədbirlərin həyata keçirilməsiə töhfə vermək üçün hazır olduqlarını bildirib. O, vurğulayıb ki, Estoniya həmçinin Ermənistan ilə əlaqələrin genişləndirilməsi və dərinləşdirilməsi ilə maraqlanır.

Daha çox göstər
Back to top button