Mədəniyyət

Xalça, yoğurt, şərab, votka, tar: Ermənistan YUNESKO-ya yeni siyahı təqdim edəcək

ER Mədəniyyət Nazirliyi ER qeyri-maddi mədəni irs dəyərlərinin siyahısını genişlətməyə qərar verib. Yeni siyahıda milli rəqslər, musiq, sənətin müxtəlif növləri, yeməklər və içkilər yer alacaq.

ER Hökuməti bu gün Mədəniyyət Nazirliyinə ER qeyri-maddi mədəni irs dəyərlərinin 2010-cu il martın 11-də təsdiq edilmiş siyahısını daha 8 maddəsi ilə əlavə etdirməni təhlif etdi. Siyahıda müxtəlif növ meyvələrdən erməni votkaları hazırlama prosesi, yoğurtın hazırlama ənənələri və ənənəvi xalçaçılığı yer alacaq.

Layihənin şərhlərində qeyd olunur ki, Ermənistanda yun, pambıq və ya ipək ipləri ilə taxta dəzgah üzərində işləyirlər. Siyahıda erməni tarı və tarçılığı, xalçaçılığı haqqında da var.

Erməni şərabın unikal hazırlanması aşağıdakı kimi təqdim olunur: “Ənənəvi olaraq, şərab bağlarda və ya yaşayış komplekslərin yanında olan xüsusi yerlərdə hazırlanır. Üzümü ayaqlarla sıxırlar. 40 gün sonra bütün proses başa çatır və şərab olur. Şərabı zirzəmilərdə saxlanılır”.

Ermənistanın qeyri-maddi mədəni irs dəyərlərinin sırasında erməni milli rəqsləri tamzara və milli musiqi sahari də yer alacaq.

Sahar musiqi bu günədək saxlanılıb. Bu musiqi nənəvi olaraq zurna, duduk və kamança ilə çalırlar. Ermənistan Respublikası mədəniyyət naziri Armen Amiryanın sözlərinə görə, milli mədəniyyətinin bütün bu növləri Ermənistan yaxın zamanda YUNESKO-ya təqdim edəcək.

Daha çox göstər
Back to top button