Ekonomika

Yaxın gələcəkdə Ermənistan-İsrail biznes forumləri keçiriləcək

Milli Parlamentin Ermənistan-İsrail dostluq qrupunun üzvləri İsrail səfəri zamanı İsrail-Ermənistan Ticarət və Senayə palatasında görüşlər keçirib.

Deputat Gagik Melikyanın sözlərincə, iqtisadiyyatın müxtəlif istiqamətlərində, xüsusilə yüksək texnologiyalar, kənd təsərrüfatı sahələrində əməkdaşlığın prespektivləri müzakirə edilib.

Deputat Vahe Enfiacyan də keçirilmiş mətbuat konfransı zamanı qeyd edib ki, İsrailin təbiət qoruma, kənd təssərüfatı sahələrində olduqca  böyük uğurları var. İsrail mütəxəssisləri öz təcrübələrini erməni həmkarları ilə paylaşmağa hazırdırlar. Artıq müvafiq ali idarəçiliklər ilə əməkdaşlığın şərtləşdirilməsi var.

Deputat Ağvan Vardanyan vurğulayıb ki, Ermənistan ilə  İsrail arasında 26 ildir ki,  diplomatik əlaqələri var, amma onlar hələ də ilkin səviyyədədirlər. Son zamanlarda vacib qarşılıqlı səfərlər olub, hansılar əlaqələrin inkişafı baxımından təməl qoyub.  Ağvan Vardanyan qeyd etdi ki, iki ölkələrin əməkdaşlıq üçün böyük potensiyalı var. Yaxın gələcəkdə Ermənistan-İsrail biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Daha çox göstər
Back to top button