Siyasət

İsrail yaxın zamanda DQ məsələsi ilə bağlı hökumətin rəsmi mövqeyini açıqlayacaq: Gagik Minasyan

ER Parlamentinin Ermənistan-İsrail dostluq qrupu israilə etdiyi səfər çərçivəsində bir sıra önəmli məsələlər, o cümlədən DQ münaqişəsinin nizamlanması, Soyqırımın tanınması və Azərbaycana silah satması məsələlərini qaldırıb.

“4 gün ərzində 15 görüş keçirilib. Görüşlərdən 6-ı onların parlamentində keçib”,-deyə jurnalistlərlə görüşdə qrupun sədri Gagik Minasyan bildirib.

O qeyd etdi ki, DQ məsələsinin nizamlanması ilə bağlı israil Müdafiə naziri bəzən  qərəzli görünüşlər ifadə edir və erməni nümayəndələr heyəti İsrail parlamentində bu məsələyə toxundu.

“Biz aydın məsələlər qaldırdıq. Bu görünüş nazirinmi? hökumətinmi? yoxsa bir rəsminin görünüşüdür? Bizə dedilər ki, hökumət yaxın zamanda öz görünüşünü təqdim edəcək və təbii, bu, nazirin təqdim etdiyi görünüşü olmacaq”,-deyə Minasyan qeyd etdi ki, onlar həll açarının Minsk Qrupundə olduğunu və Aİ-ER arasında imzalanmış razılaşma barədə xatırlatdılar.

Ermənistan nümayəndə heyəti İsrail tərəfindən Azərbaycana satılan silahlara da toxundu.

“Bizim üçün aydın deyil ki, bizim kimi az qala eyni yollarla keçmiş bir xalq indi elə bir ölkəyə silah satır ki, o ölkənin rəhbəri günlər əvvəl öz çıxışlarla mənfi bir lider olduğunu təsdiq etmişdi”,-deyə Minasyan vurğuladı.

Ermənistan nümayəndələri həmçinin Azərbaycan dərs kitablarında, filmlərində, ədəbiyyatında olan ermənifobiyaya toxundular.

Daha çox göstər
Back to top button