Siyasət

Niderland parlamentinin aşağı palatası Erməni Soyqırımını tanıyıb

Niderland parlamentinin aşağı palatası Erməni Soyqırımını tanıyıb, eləcə də  dövlət katibinin Tsitsernakaberd xatirə kompleksini ziyarət etməsi ilə bağlı qərar qəbul etdi. Bu haqda “NLTimes” xəbər verir.

Ölkə parlamentinin aşağı palatasının deputatlarının əksəriyyəti Erməni Soyqırımına dair iki layihəni təsdiqlədi. Layihələrindən biri Erməni Soyqırımının tanınması haqqındadır, ikincisi isə ölkə hökumət nümayəndəsi və ya dövlət katibinin aprel ayında keçirləcək Erməni Soyqırımı anım tədbirinin çərçivəsində Tsitsernakaberd xatirə kompleksini ziyart  etməsi haqqındadır.

İki layihəni də “Xristian Birliyi”nin üzvü Joel Fordevind təqdime tdi.

Pralamentinin aşağı palatasının deputatlarının əksəriyyəti Erməni Soykırımının tanınması layihəsinə səs  verdi.

Niderlandın ANP agentliyinin bildirdiyinə görə, bu addımla Niderland Türkiyə münasibətlərinin daha da  pisləşməsi  gözlənilir.

Xatırladaq ki, 11 mart 2017-ci il tarixində Niderland hökuməti Rotterdama səfər etməyi planlaşdıran Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun ölkəyə girişinə qadağa qoyub. Nəticədə bu, iki ölkə arasındakı əlaqələrdə böhrana səbəb olub.

Daha çox göstər
Back to top button